Ramil Usubov Sumqayıtda vətəndaşları qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhərində növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarından, eyni zamanda həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 20 nəfər ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq edib, onun ölkəmizin tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini daim dəstəkləyəcəklərini bildiriblər.

    Oxunma sayı (11)

Pin It

Şərh üçün bağlıdır.