“YAP 26 il uğurla” – FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatı bayram tədbiri təşkil etdi.

İstixəbər.info xəbər verir ki, əvvəlcə şəhər rəsmiləri və partiyanın fəallarından bir qrupu Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etdi, önünə gül-çiçək dəstələri qoydu.
Yubilye münasibətilə keçirilən Yevlax şəhər Şahmat məktəbinin akt zalında rəsmi və bədii hissə ilə davam etdirildi.
Əvvəlcə dövlət himni səsləndirildi. Ardınca «Yeni Azərbaycan Partiyası 26 il uğurla» adlı videoçarx nümayiş olundu.
Sonra tədbirin aparıcısı, ilk olaraq sözü Partiya veteranlarından olan Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının sədr müavini Vahid Quliyevə verdi.
Siyasi həmfikirlərini yubiley münasibətilə təbrik edən V.Quliyev qısa olaraq Yeni Azərbaycan Partiyasının keçdiyi 26 illik şərəfli yoldan söz açdı. Bildirdi ki, Azərbaycan üçün çox ağır zamanlarda zərurətdən yaranan Yeni Azərbaycan partiyası sözün həqiqi mənasında xilaskar bir siyasi təşkilatdır. Heydər Əliyev dühasından güc-qüvvət alan bu partiya ulu öndərin sağlığında olduğu kimi, bu gün dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə də öz uğurlu fəaliyyətini davam etdirir.
Sonra YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova Yevlaxlı qadınların partiyanın fəaliyyətindəki rolundan danışdı. Bildirdi ki, bu gün gözəlliyi ilə fəxr etdiymiz şəhərimizin yenidən qurulmasında qadınlarımızın da əməyi böyükdür. Fəxrlə demək olar ki, yevlaxlı xanımlar rayon həyatının bütün sahələrində nümunəvi iştirakları ilə seçiliblər. Qəlbi Vətən üçün, dövlət üçün çarpan belə xanımları bugünkü məclisdə təmsil etməkdən məmnunam.
YAP Yevlax rayon təşkilatı sədrinin müavini, aparat rəhbəri Əli Quliyev ilk növbədə YAP Yevlax rayon təşkilatının sədri Millət Vəkili İlham Məmmədov adından və Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov adından tədbir iştirakçılarını təbrik etdi. O, yubiley tədbirindəki çıxışında Yeni Azərbaycan Partiyasının üzvü olmağın mənəvi haqlarından danışdı:-Vətəni sevirsənsə, onun inkişafında rolun varsa, Azərbaycanı uğurlu bir gələcəyə aparan partiyanın sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasətini bəyənir və dəstəkləyirsənsə, bu xalqın, millətin yolunda aşa bilməyəcəyin bir əngəl tanımırsansa, sən Yeni Azərbaycan Partiyasının üzvüsən. Bu gün Azərbaycanın sahib olduğu bütün uğurların müəllifi Yeni Azərbaycan Partiyasıdır. Belə bir partiyanın sıralarında olmaq hər kəs üçün şərəfdir. Yeni Azərbaycan Partiyası böyük bir idioloji ailədir. Və bizi birləşdirən dəyərdir. Biz hər birimiz həyata Yeni Azəraycan Partiyasının gözü ilə baxırıq. Bilirik bu baxış Heydər Əliyev baxılarıdır. Biz haqq yolundayıq. Cənab Sədrimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bizi işıqlı xoşbəxt gələcəyə aparacaqcaqdır.
Sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında xüsusi xidmətləri olan bir qrup partiya üzvünə YAP Yevlax rayon təşkilatının fəxri diplomu verildi. Onlardan biri, İdarə heyətinin üzvüləri Qənimət Qaraşov, Minnət mürsəlov, İlyas Səfərov və Sədaqət Ağayev bayram sevincini də bölüşməyi unutmadılar:
–Bu gün doğrudan da böyük bayramdır. Azərbaycanı işıqlı və nurlu bir həyata qovuşduran, dinamik inkişaf yoluna çıxaran bir partiyanın 26 yaşı tamam olur. Fəxrlə deyirəm ki, mən də bu partiyanın üzvüyəm. Onu da fəxrlə deyirəm ki, bu partiya sıralarında Azərbaycanı ürəkdən sevən, ona ləyaqətlə xidmət etmək missiyasını şərəflə yerinə yetirən insanların birləşdiyi bir siyasi təşkilatdır. Buna çoxlu sayda nümunələr gətirmək olar. Çox fərəhli haldır ki, onların sırasında Yevlax şəhər təşkilatının üzvləri də var.
Saatlarla davam edən məclisi bədii rəhbəri əməkdar mədəniyyət işçisi olan «Kür» instrumental ansamblı öz musiqi töhfələri ilə daha da şən və maraqlı etdi.

Tədbirdən fotoları Sizlərə təqdim edirik:

46493473_724795014565993_1087553094499172352_n

46507487_724794994565995_7169368373527052288_n

46631304_724794974565997_3814630767934308352_n

46503605_724796574565837_832096110544683008_n

46519967_724795617899266_4278822823171981312_n

    Oxunma sayı (17)

Pin It

Şərh üçün bağlıdır.