Salyanda iki uşaq atası intihar edib

Salyan rayonunda intihar hadisəsi baş verib.“Report”un Mil-Muğan bürosunun məlumatına görə, rayonun Yolüstü kəndində 1989-cu il təvəllüdlü yerli sakin Kərimov Seyran Dadaş oğlu özünü yaşadığı evdə asıb.Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.İntiharın səbəbləri məlum deyil. Onun iki uşaq atası olduğu bildirilir.Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Bundan əvvəl Sumqayıtda yaşlı kişi intihar edib.

    Oxunma sayı (14)

Pin It

Şərh üçün bağlıdır.