Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başladı – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusiy və digər rəsmi şəxslər qarşılayıblar.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.