Xocalı sakini ədliyyə naziri Fikrət Məmmədovun kömək istəyir

Cənab Nazir! Oğlumun maşınını Bərdə rayon sakini Duman adlı bir şəxs vurub.Dəymiş ziyanı ödəmədiyi üçün Bərdə rayon məhkəməsinə müraciətim əsasında mənə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün məhkəmə qərar çıxarıb. 2 ilə yaxındır ki, Bərdə rayon icra xidməti məhkəmənin qərarını təmin etmir.Mən bu barədə icra xidmətinin rəisinin yanında dəfələrlə olmuşam.Nəhayət 13.11.2018- ci ildə Sahil müəllimin yanında oldum və soruşdum ki, niyə qərarı icra etmirsən? Bax səndən Ədliyinə Nazirliyinə şikayət edəcəyəm.Cavabında Sahil müəllim mənə dedi:” Kef mənimdir, get kimə deyirsən , de.Əlini hara qəlbidir, ora qoy.Sən o pulu almayacaqsan, alsan da 3-4 ilə ancaq alacaqsan.Nədir düşmüsən bu 318 manatın üstünə?” Məndən sonra qarşı tərəfi çağırıb və öyrədib ki, hissəvi qərar üçün məhkəməyə müraciət etsin.
Cənab Nazir! Mən başa düşə bilmirəm ki, Sahil müəllim icra məmurudur, yoxsa vəkil? Bu məsələnin araşdırılaraq Sahil müəllimin cəzalandırılmasına göstəriş verməyinizi sizdən II qrup Qarabağ əlili kimi xahiş edirəm.

    Oxunma sayı (32)

Pin It

Şərh üçün bağlıdır.