Dövlət Bayrağı gününə həsir edilmiş Fudzal oyunu başa catdı FOTO VİDO

Bərdə 588 və 866 mənzilli qəsəbələrdə fəaliyyət göstərən məktəblər arasında 9 noyabr “Bayraq günü” münasibətilə “fudzal” yarışı keçirildi.
Yarış 11 saylı köçkün tam orta məktəbin II sinif şagirdi Türbəndəli Elmanın əlində möhtəşəm bayrağımızla idman zalına daxil olaraq “Üçrəngli bayraq” şeiri söyləməsiylə başladı.
Daha sonra giriş sözüylə Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət ……….. çıxış edərək bu təşəbbüsü çox bəyəndiyini, belə yarışların tez-tez keçirilməsini təqdirə layiq hesab etdiyini söylədi.Mətanət xanım növbəti illərdə inşallah Qarabağda bu cür yarışlar keçirərək üçrəngli bayrağımızın dalğalanmasını dilədiyini bildirdi, yarışı təşkil edən Ağdam 11 saylı köçkün tam orta məktəbin Direktoru Mehriban Quluyeva və idman müəllimi İntiqam Türbəndiyevə öz dərin minnətdarlığını bildirdi və bütün iştirakçılara bol-bol uğurlar arzuladı.
İki gün davam edən hərarətli yarışda hər bir komanda böyük həvəslə çıxış etdi.Sonda Ağdam 1 saylı məktəbin komandası yarışın qalibi olaraq kuboku qazandı.

DSC_1434

DSC_1443
DSC_1448
DSC_1497
DSC_1542
DSC_1541
DSC_1545

    Oxunma sayı (52)

Pin It

Şərh üçün bağlıdır.