6 yaşlı uşaq şəhərdə FÖVQƏLADƏ VƏZİYYƏT yaratdı: əlində qumbara ilə…

Rusiyanın Çerkaski şəhərinin küçələrində əlində qumbara ilə gəzən azyaşlı bütün şəhəri ayağa qaldırıb.

Publika.az xəbər verir ki, “Pro” nəşrinə Çerkaski vilayətinin patrul polisinin idarəsindən verilən məlumata görə, şəhərin meydanlarından birində qumbara ilə gəzən uşağı görənlər polisə məlumat veriblər.

Qeyd edilir ki, hadisə yerinə gələn polislər əldə qumbara ilə 6 yaşlı uşağı görüblər. Oğlan həmin şəhərdə yaşadığını, qumbaranı isə ona sinif yoldaşının verdiyini deyib.

Polis uşağı nənəsinə təhvil verib. Hadisə yerinə həmçinin müstəntiqlər gəliblər. Hazırda hadisənin bütün şəraiti müəyyənləşdirilir.

    Oxunma sayı (17)

Pin It

Şərh üçün bağlıdır.