Ağdam 1 nömrəli məktəbə atılan şər yapışmadı

agdam 1 sayli

Təhsil gələcəkdi təhsil inkişafdı. Əbəs yerə hər gələcək təhsildən başlayır deyilmir. Sözlərimizi inkişaf edən respublikamızın təhsil sistemidə təsdiq edər. Günü-gündən hər sahədə inkişaf edən ölkəmiz təhsil sahəsində də inkişaf edib. Ancaq təssüflər olsun ki, torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal təhsil sahəsinə də ciddi təsir edib. Belə ki, talehinə məcburi köçkünlük düşən soydaşlarımız respublikanın müxtəlif bölgələrində məskunlaşıblar. Ağdam rayonunun bir qrup sakinidə Bərdə şəhərinə pənah aparıb, orada yaşayırlar. Elə bu üzdəndə Ağdam 1 saylı məktəb burada yaşayan sakinlərinə Bərdə ərazisində təhsil verir. Ağdam 1 saylı məktəb isdər köçkün isdərsə də yerli məktəblər arasında savad, dərs demə, nizam-intizam cəhətdən heç də geridə qalmır. Ağdam 1 saylı məktəbin öz şagirdlərinə savad,bilik, elm örgətməsi təqdirə layiq hərəkətdir. Bu hər zaman öz bəhrəsini gösdərir. Məktəbin yaradılması, şagirdlərə dərs demə, neçə-neçə müəllimin işlə təmin olunması sözüz ki, böyük bacarıq tələb edir. Bu bacarıq Ağdam 1 saylı məktəbin direktoru Çimnaz Kərimovanın çiyinlərinə düşür. Məhz Çimnaz müəllimənin səyləri nəticəsində yaradılan və yüzlərlə şagirdə dərs verən ,onlara bilik öyrədən 1 saylı məktəb bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Taleyinə qaçqın, köçkünlük düşsədə onlar bunun da öhtəsindən məharətlə gələrək yalnız gələcəyə tam savadlı fərdlər hazırlayırlar. Ağdam 1 saylı məktəb və onun müəllim heyəti Azərbaycan təhsilinin inkişafı üçün onlara yaradılan şəraitdən düzgün istifadə etməklə gələcəyimizə xidmət etmiş olurlar. Bir məktəbin yaranması və inkişafı çətin sınaqlardan keçir. Ancaq Çimnaz müəllimə bütün bu sınaqlardan layiqincə və şərəflə keçərək həm rayonun həm də təhsilimizin adını yüksəklərə qaldırıb. Bu gün Ağdam 1 saylı məktəbin adı yalnız xoş sözlərlə anılır. Burada dərs deyən müəllim heyəti də Çimnaz Kərimovanın əməyini dərin hörmətlə qarşılayırlar. Müəllim kollektivi məktəbin inkişafı, dərs demə qabiliyyəti, yaradılan nizam-intizamda Çimnaz müəllimənin rolunu xüsusi ilə qeyd edirlər. Ancaq gəl gör ki, bəzi təhsil düşmənləri bu cür təhsil ocaqlarımıza qənim kəsilib. Onlar inkişafı görmək belə isdəmirlər. Bəzi kiv-lər də onlara himayədarlıq edir. Ağdam 1 saylı məktəbin uğurları şər-böhtanlarla qaralanmağa çalışır. Bu işdə onlara kömək etmək isdəyənlər tapılsa da deyilənlərin yalan olduğu bir daha təsdiqini tapdı. Utanmadan şər yaxmaq, yalan xəbər yayamaq isdəyənlər istədikləri məqsədlərinə çata bilmədilər. Elə onların himayədarları olan kiv-lər də. Ziyanın harasından qayıdarsan kardır əbəs yerə deyilmiyib. Ağdam 1 saylı məktəbə deyilən şər-böhtan öz təsdiqini tapmadı. Məktəb işini, fəaliyyətini bundan sonrada Çimnaz Kərimovanın rəhbərliyi ilə davam etdirəcək. Təhsilimizi yüksəklərə qaldıracaqdır….

    Oxunma sayı (18)

Pin It

Şərh üçün bağlıdır.