Ağdamda əsaslı təmir olunan Bənövşələr qəsəbə körpələr evi-uşaq baxçası istifadəyə verilib

1540446823_1

Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov əsaslı təmir olunan 35 uşaq yerlik olan Bənövşələr köçkün qəsəbə körpələr evi – uşaq baxçasının açılış tədbirlərində iştirak etmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı ilə yanaşı hüquq mühafizə orqanlarının rəhbərliyi, Ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər. Açılış tədbirində uşaq baxçasının rəhbərləri çıxış edərək gələn qonaqları salamlamış, ölkəmizdə təhsiləqədər müəssisələrin maddi texniki bazasının yüksəldilməsi üçün atılan addımlardan danışaraq, bütün bu görülən işlərə, yeni yeni baxçaların tikilərək istifadəyə verilməsinə görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov tədbirdə çıxış edərək, baxça əməkdaşlarını,uşaqlarıi və valideynləri təbrik edərək, onlara uğurlar arzu etmişdir. Qeyd etmişdir ki, ölkə rəhbərliyi tərəfindən bütün sahələrə olduğu kimi təhsiləqədər sahəyə də daim diqqət və qayğı ilə yanaşılır. Bütün bunların nəticəsidir ki, hər gün yeni-yeni baxçalar tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilir. Digər çıxış edənlər bütün bu görülən işlərə görə başda cənab prezidentimiz İlham Əliyev olmaqla rayon rəhbərliyinə öz dərin təşəkkürlərini bildirmişlər. uşaqların ifasında şeer parçaları səsləndirildikdən sonra baxçaya baxış keçirilmişdir.

1540446799_6

1540446820_8

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.