Messinin oğlundan atasına “zərbə”: Çəkdiyi şəkil kameraya yaxalandı – Video

“Barselona” klubunun hücumçusu, futbol ulduzu Lionel Messinin oğlu Tyaqo Çempionlar Liqasında İtaliyanın “İnter” klubuna qarşı oyunda matçı stadiondan atası ilə birlikdə izləyib.

Bizimyol.info İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, tamaşaçıların lentə aldığı bir epizod Tyaqonun da Ronaldo azarkeşi olduğunu aşkara çıxarıb.

Tyaqo kağız üzərində çəkdiyi emblemi atasına göstərib. Video görüntülərdə şəklin detalları aydın görünməsə də, sonradan “Daily Mail” qəzetinin əməkdaşları bunun emblem olduğunu aşkarlayıblar. Amma bu, sadəcə bir emblem deyil, İtaliyanın “Yuventus” klubunun emblemidir.

Məlum olduğu kimi, Krişriano Ronaldo Madridin “Real” klubundan İtaliyanın “Yuventus” klubuna keçid edib. Güman edilir ki, balaca Tyaqonun “Yuventus”-a marağı da məhz bununla bağlıdır. Atası Ronaldo ilə barışmaz rəqabət şəraitində olsa da, Tyaqo öz uşaq məsumluğu ilə Ronaldoya qarşı sevgisini atasına göstərməkdən çəkinmir.

Xatırladaq ki, “Barselona” “İnter”i Messi olmadan 2-0 hesabı ilə məğölub edib.

    Oxunma sayı (21)

Pin It

Şərh üçün bağlıdır.