Gəncədə gənc oğlanı maşın vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Ölkә.Az” report-a istinadla mәlumat verir ki, şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü yerli sakin Talıbov Tural Zakir oğlunu avtomobil vurub.

Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.