Bakıda 19 yaşlı gəncdən riskli hərəkət – Video

19 yaşlı gəncin etdiyi hərəkət bir anda sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb.
Gənc oğlan əvvəlcə binalar arasındakı məsafəyə diqqət yetirir.
Daha sonra isə bir neçə metr geri gedərək, özündə güc toplayıb sürətlə qaçmağa başlayır.
Sonda isə bu riskli hərəkət gerçəkləşir. Gənc hündür binaların birinin damından digərinə olan 4 metrlik məsafəni akrobatik hərəkətlə keçir.
Sosial şəbəkələrdə paylaşılan bu video qısa vaxtda böyük müzakirələrə səbəb olub. Məlum olub ki, həmin gənc paytaxt sakini 19 yaşlı, 3-cü kurs tələbəsi Fərid Hüseynovdur. O, əvvəllər bir neçə ekstrimal hərəkətlər edib. Ən risklisi və diqqət çəkəni isə bu dəfəki olub.
Bu hərəkətlər akrobatik ekstremal hesab edilən parkur idman növünə aiddir. Burada divar, baryerlər, ağaclar və pilləkənlərdən maneə kimi istifadə olunur. Qaçış, dırmanma, yellənmə, tullanma kimi hərəkətlərdən istifadə edərək bu maneələr mümkün qədər effektli və sürətlə keçilir.
Fərid Hüseynov etdiyi risqli hərəkətləri başqalarına tövsiyyə etmir. Onun sözlərinə görə, bu hərəkətlər üçün əzmlə, uzun müddət məşq etmyə ehtiyac var.
O, məqsədinin həm də gələcəkdə bu idman növü üzrə Azərbaycanı yarışlarda təmsil emtək olduğunu deyir.
Muxalifet.az Xəzər Xəbər-ə istinadən videomaterialı təqdim edir:

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.