Bərdə ziyalıları, Ölkə Başçısından Vidadi İsayevin həpisini istəyirlər.

Məktəb qəzetinə istinadən.
Hörmətli Cənab Prezidentimiz!
Məlumunuz olsun ki, Bərdədə Heydər Əliyev və Sizə Bərdəlilərin xüsusi hörməti var. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsa oğlu İsayev Heydər Əliyevə və Sizə çoxlu xəyanətlər etmişdir. Onun dələduzluğu haqqında Bərdə Ziyalıları, Bərdə əhalisi dəfələrlə internetdə, mətbuatda məlumatlar vermişdir. Onun haqqında tədbir görməmişsiniz. O, cinayətlərinə görə ömürlük həbs edilməlidir. Cinayətlərindən bir neçəsini qeyd edirik:
1. Məhkəmə qərarı olmadan şəhid ailəsinin binasının sökdürmüşdür. O, ailəyə dəyən zərəri ödəməmişdir (Dilqəmin ailəsi).
2. Bərdə şəhərində şəhidlər üçün düzəldilmiş Şəhidlər Guşəsini dağıtmışdır, Şəhidlərin şəkillərini gecə zibilxanada basdırtmışdır.
3. Bərdəli olan yerli kadrları işdən kənarlaşdırmış, ayrı-ayrı rayonlardan özü kimi quldurları Bərdədə vəzifə ilə təmin etmişdir.
4. Siz ziyalıları nadanlardan qoruduğunuz halda, bu cahil Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri Rəhilə İsmayılovanı çərrədib öldürmüşdür (bütün bərdəlilər şahiddirlər).
5. Vidadi Bərdəliləri saymır; qəbul günündə qəbula gəlmir. Başqa günlərdə müraciət edəni qəbul etmir.
6. Vidadi 2011-ci ilin mart ayından bir dəfə də Bərdənin tanınmış dövlət xadiminin dəfnində iştirak etməmişdir. Hüzn məclisində beş dəqiqə oturmamışdır.
7. Vidadi Bərdə şəhərində çoxillik çinarlardan 50-dən çoxunu gecə kəsdirmişdir, gecə Bərdədən çıxartdırmışdır. Şəhərdə çinar yoğunluğunda, çinar hündürlükdə bir cökə ağacı vardı, onu da gecə kəsdirmiş və gecə də aparmışdır.
8. Vidadi Bərdədə olan arxeoloji qazıntını zir-zibillə, torpaqla doldurmuşdur.
9. Rayonların hamısında 20 Yanvar abidəsi var. Bərdədəki 20 Yanvar abidəsi bütün rayonlardakından möhtəşəm idi. Vidadi onu gecə sökdürdü və mərmərini, içindəki şveyler, almaturları da gecə Bərdədən çıxartdırmışdır.
10. Bərdədə bir Mədəniyyət sarayı vardı. Bu sarayın içərisində 97 göz otaq, idman salonu, tamaşıçılar üçün 1-ci mərtəbədə 1200 (min iki yüz) nəfərlik, ikinci mərtəbədə 500 (beş yüz) nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri vardı.
Salonlarda, iki gözləmə salonunda çox qiymətli çılçıraqlar vardı. Səhnələrdə qiymətli stollar, stullar vardı. Vidadi bir sarayı sökdürəndə əvvəl 97 göz otaq olan qiymətli mebelləri gecələr daşıtmışdır. Sarayda bilyard stolu vardır, qiyməti 70.000 (yetmiş min), çilçıraqlar vardı, birinin 80.000 (səksən min), 40.000 (qırx min) manat, bunların da hamısını gecə daşıtmışdır. Doxsan yeddi gözdəki mebelləri daşıtmışdır.
11. Böyük Nizami klubu vardı. Vidadi o klubu da sökdürdü və tikdi, materiallarını da, içindəki avadanlıqlarını gecə Bərdədən çıxartdırmışdır.
12. 9 №-li betonzavod vardı. Bu betonzavodda hər növbədə üç min fəhlə işləyirdi. Vidadi bu zavodu da sökdürdü və avadanlıqlarını gecə də daşıtdırdı. Mədəniyyət sarayının sökülməsi on ay, zavodun sökülməsi bir il iki ay çəkdi. Təsəvvür edin, zavod necə nəhəng zavod imiş.
13. Vidadi tez-tez yuxular görür. O, yuxuda gördüklərini həyata keçirir. O, bir gün yuxuda görür ki, diş həkimlərində qızıl küplədir. Yuxudan duran kimi rayonun baş həkiminə zəng vurub deyir ki, 73 diş həkimi var. Onlardan dördünə toxunma, qalanlarının fəaliyyətini dayandır. Müdir kimdir ki, kobud başçının sözünü yerə salsın. 10 mart 2017-ci ildə əmr verib altmış doqquz həkimin fəaliyyətini dayandırdı. Bir aydan sonra Vidadi hər həkimdən beş-on min manat aldı və işlərinə icazə verdi.
14. Bərdədə Vidadinin zülmü Bərdə ziyalılarını boğaza yığıb; belə ki, o, müəllimləri, həkimləri, kitabxanaçıları süpürgəçi kimi küçələrdə işlədir.
15. Bərdədə çoxlu sayda sahibkarların mağaza yerlərini (kupçalı ola-ola) dədə malı kimi satıb. Bu barədə internetdə, mətbuatda yazılar gedib. Vidadi deyir ki, ay yazıqlar, kimdir xalqın səsini eşidən, görmürsünüz özbaşınalıqdır. Bir də ki, Bərdə mənimdir, nə edərəm özüm bilərəm.
16. Vidadi Bərdəliləri üsyana sürükləyir. O, abidələri sökdürür, tikinti yerlərinin izlərini itirməyə başlayır. Heydər Əliyev və Rüstəm Səfərəliyevin adı ilə bağlı bütün yerləri məhv edir. Bu barədə internetdə, mətbuatda dəfələrlə məlumat verilmişdir.
17. Vidadi qorxmadan, çəkinmədən deyir ki, o qədər yazın ki, barmaqlarınız qabar olsun. Ay qardaşlar, ay bacılar, Bərdəni mənə satıblar, mən də Bərdəni satdığa qoymuşam. Gözünüz qabağında yüz hektarlarla münbit torpaq sahəsini kəndlərdə, on hektarlarla torpaq sahəsini şəhərdə gecələr satıram. Alanlar gəlsin, onlara da verim. Bilirsiniz ki, kvadrat metri min manatdır.
18. Bərdə şəhərinin daxilində zavodlardan dəmir yola relslər uzanırdı. O, dəmir relsləri də Vidadi sökdürüb gecələr daşıtdırmışdırdır.
19. Vidadi iki böyük binanı həbs etdirmişdir. Biri stadionun yanında “Qarabağ restoran”ı adlı bina, biri də Mərkəzi xəstəxananın hasarının yanında adsız bina.
20. Vidadi bu xalqın düşmənidir. O, Bərdədə milyard manatlarla pul mənimsəməklə bərabər dünya ədəbiyyatının əbədiyyət Günəşi olan Nizamiyə qənim kəsilmişdir. O, Bərdəyə gələn kimi Nizami küçəsinin adını götürtdü. Nizaminin heykəlini götürtdürüb hardasa gizlətdirdi, Nizami klubunu sökdürdü. Nizami adına məktəbin (üç mərtəbəli) üstünü, tavanını, pəncərələrini, qapılarını götürtdürdü və onları da gecə Bərdədən çıxartdırdı. Dedi ki, məktəbi əsaslı təmir etdirəcəyəm, ancaq indi deyir ki, mən elə söz deməmişəm.
21. Bərdəlilər bu fıkrə gəliblər ki, Vidadi Bərdədən həbsxanaya göndərilməsə dinclik tapmayacaqlar.
22. Heydər Əliyev Bərdəlilər haqqında demişdir:
Biz təkcə respublikada deyil, bütün şərqdə milli mədəniyyət mərkəzi olduğu üçün Bərdə ilə fəxr edirik. Düzü mən qədim Bərdəni çox sevir və bərdəlilərə böyük hörmət bəsləyirəm. İstəyirəm ki, Azərbaycanın qədim paytaxtı Nizamilər, Nüşabələrin Bərdəsi qısa müddətdə müasir şəhərə çevrilsin.
Yüzlərlə Bərdəli adından:
1. Əliyev Cəbrayıl – seriya AZE № 04313279
2. Əliyev Telman – seriya AZE № 04313279
3. Abbasov Abbas – seriya AZE № 03597585
4. Həsənov Rüstəm – seriya AZE № 04980627
5. Baxşəliyev Şahlar – seriya AZE № 06886009
6. Əliyev Yusif – seriya AZE № 04473783
7. Cavanşirov Elşən – seriya AZE № 14283446
8. Mamayev Zəfər – seriya AZE № 14256119
9. Məmişov Fazil – seriya AZE № 08562283
10. Sadıqov Əli – seriya AZE № 04848136
11. Rzayev Əjdər – seriya AZE № 0643850
12. Hacıyev Faiq – seriya AZE № 03593425
13. Əhmədov Natiq – seriya AZE № 01519372
14. Sadıqov Kənan – seriya AZB № 05230637
15. Abdullayev Çingiz – seriya AZE № 05268312
16. Quliyev Yaşar – seriya AZE № 05437543
17. Piriyev Adil – seriya AZE № 05270524
18. Yusifov Səfər – seriya AZE № 04983004
19. Nuriyev Arzu – seriya AZE № 04980385
20. Əkbərov Ramin – seriya AZE № 03106304
21. Mirzəyev Vüsal – seriya AZE № 0686694
22. Qafarova Leyla – seriya AZE № 048449586
23. Quliyev Elgiz – seriya AZE № 60249809
24. Qurbanov Elşad – seriya AZE № 03434037
25. Qasımov Eltural – seriya AZE № 00765023
26. Mehralıyeva Güllər – seriya AZE № 04849539
27. Həsənov Mobil – seriya AZE № 13206837

DSC_1493

DSC_1491

    Oxunma sayı (384)

Pin It

Şərh üçün bağlıdır.