Oğrular iş başında yaxalandı

Oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
DİN-dən “Ölkə.Az”a verilən xəbərə görə, oktyabrın 23-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus “Hovo” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən 2 nəfər orada xidmət aparan Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

38-ci Polis Bölməsində aparılan araşdırmalarla onların Bakı şəhər sakinləri Vaqif Fərəcov və Amid Əliyev olduqları müəyyən edilib.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.