Xocalı kikboksçuları erməniləri darmadağın etdilər

xockik

“Xocalı” İdman Klubunun yeniyetmə kikboksçuları bu dəfə güclərini Gürcüstanda keçirilən beynəlxalq turnirdə sınadılar.
“Ölkə.Az” xəbər verir ki, baş məşqçi Əli Cəfərovun rəhbərliyi altında 12 nəfərdən ibarət komanda böyük üstünlük qazanıblar. Yarışın ən texnikalı komandası seçilən Azərbaycan kikboksçuları 9 qızıl medal, 3 gümüş medalla Vətənə dönüblər.

Bəkirzadə Bəkir, Abbasov İlkin, Əliyev Xəyal, Qasımzadə Orxan, Məlikov Hüseyin, Nəcəfov Şamil, Hacıyev Vüqar, Məlikov Orxan, Muradov Mais qızıl medal, Hüseynli Sultan, Ələkbərli Telman və Həsənova Özləm gümüş medal qazananlar sırasında yer alıblar.

Ən maraqlı məqam isə odur ki, 4 idmançımız finalda erməniləri darmadağın edərək bayrağımızı dalğalandırıblar.

    Oxunma sayı (16)

Pin It

Şərh üçün bağlıdır.