Xəyanətə görə özünü asan qadının ərinə ağır cəza

Abşeron rayon Məhkəməsində özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Rüfət Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında vəkil İkram Abdullayev deyib.

O qeyd edib ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, R.Ağalarov altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Vəkil qeyd edib ki, əslində, qadının özünü asmasına səbəb ərinin başqası ilə münasibət qurması deyil, ailə məsələlərinə yaxınlarının qarışması olub.

Qeyd edək ki, hadisə 4 aprel 2018-ci ildə Xırdalan qəsəbəsində baş verib. R.Ağalarovun həyat yoldaşı Nərmin Ağalarova özünü evin mansartından asaraq intihar edib.

İttihama görə, intihar edən qadın əri tərəfindən mütəmadi işgəncələrə məruz qaldığı üçün özünü asıb. Eyni zamanda, R.Ağalarovun başqa qadınla münasibətdə olduğunu həyat yoldaşı bilib. Buna görə onların arasında tez-tez mübahisə yaranıb.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.