Hafiz Hacıyevdən Vidadi İsayevin jurnalisti təhdid etməsinə sərt reaksiya: “Məmurlar qudurublar…” – ŞOK İTTİHAMLAR

“Artıq bəzi məmurlar odla oynayırlar. Onların vicdanları yoxa çıxıb. Onlar açıq şəkildə əks cəbhəyə keçiblər və prezidentə qarşı iş aparırlar. Xalqla birgə olmaq əvəzinə xalqı incidirlər. Deyəsən, “gözü çıxan qardaşdan” dərs götürmürlər.

Bu sözləri Cahan.info-ya açıqlamasında Müasir Müsavat Partiyası sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev Bərdənin icra başçısı Vidadi İsayevin şəhid qardaşı olan müstəqil jurnalist Xəyyam Salmanzadəni həbslə təhdid etməsi, rayon sakinlərini və sahibkarları incitməsi ilə bağlı danışarkən, deyib.

MMP sədri X.Salmanzadənin canlı yayımda çıxışını izlədiyini, eyni zamanda partiyanın Bərdə rayon təşkilatından bölgədə hansı qanunsuzluqlar həyata keçirildiyi barədə məlumat aldığını bildirib. H.Hacıyev X.Salmanzadənin tanınmış və müstəqil fikirli tənqidçi jurnalist olduğunu, o cümlədən qardaşı şəhid olan bir məcburi köçkün kimi tanıdığını vurğulayıb.

Partiya sədri bildirib ki, jurnalistin canlı yayımda çıxışını izlədikdən sonra baş verənlərə münasibət bildirməmək mümkün deyil: “Artıq məmurlar qudurublar. Onların başkəsənliyi, quldurluğu öz başlarında çatlayacaq.

Cənab prezident onların bir hissəsini hakimiyyətdən qovub, davamı da gələcək. Cənab prezident özü bildirib ki, ictimai nəzarət güclənməlidir.

Ona görə məmurlar özləri düşünməlidirlər ki, nə edirlər. Sanki bunlar başqalarından əmr alaraq prezidentə və xalqa qarşı işləyirlər. Görünür ki, onları başqa mənbələr idarə edirlər.

Xəyyam Salmanzadə jurnalistdir, nöqsanları yazır, prezidentə ictimai nəzarətdə dəstək verir, amma Vidadi İsyaev kimilər istəyirlər ki, hamı sussun, bunlar da hər cür özbaşınalıq eləsinlər.

Deyəsən, Gədəbəydə bir quldur varıydı Ramiz Yediyarov, ondan sonra erməni kökənli Maliyyə Bazarlarına Nəzarət Palatası sədri var Rüfət Aslanlı, onların aqibəti Vidadi İsayevə dərs olmayıb.

Mənə artıq Bərdədəki təşkilatımızdan da məlumat verilir ki, rayonda vəziyyət gərgindir, insanları incidirlər, sahibkarları sıxışdırırlar, yəni bunu təkcə jurnalist demir. Vidadi İsayev kimilər kimlərdənsə təlimat alırlar və xalqı dövlətə qarşı qaldırırlar. Bunlar feodal təfəkkürün adamlarıdır”.

Hafiz Hacıyev müstəqil və azad jurnalistlərə hər zaman dəstək olacağını bildirib: “Vidadi İsayev fikirləşməsin ki, jurnalistlər təkdirlər, onları məmurlar həbs edə bilər. Biz artıq cənab prezidentə də məruzə edəcəyik.

Yaxşı olar ki, Bərdənin başçısı başkəsən, quldur məmurların aqibətini yaşamamış, geri çəkilsin. Bizim məlumatlarımıəz var ki, Vidadi İsayev iqamətgahlarında, Göygöldə, Hackənddə nə oyunlardan çıxır, onun sübutları prezidentə təqdim olunacaq.

Prezident xalqa qarşı gedən məmurlarla işləmir, bunu Vidadi İsayev qulağına sırğa eləsin, onların əməlləri araşdırılır, cinayət işi açılır.

Görünür ki, həbs olunacaqlarını bildiklərinə görə prezidentə xəyanəti davam etdirirlər. Amma biz çalışacağıq ki, jurnalistlər həbs etdirməyuə nail olmaqla Avropanı, beynəlxalq təşkilatları hökumətin üstünə qaldıran məmurlar istədiklərini həyata keçirə bilməsinlər, prezidentə, hüquq-mühafizə orqanlarına da məlumat verəcəyik”.

    Oxunma sayı (129)

Pin It

Şərh üçün bağlıdır.