TƏHSİL NAZİRİNİ SAYMAYAN MƏKTƏB DİREKTORU KİMDİR?

42679439_1832646456852365_9170291450871545856_n

Xocalı rayon sakini Türbəndiyev İntiqam Elman oğlu saytımıza müraciət edərək bildirir ki: ”Mən Mingəcevir şəhərində Təhsil Naziri cənab Ceyhun Bayramovun qəbulunda oldum və cənab nazirdən ailə vəziyyətimi nəzərə alaraq iş yerimin, Yevlax şəhər 4 saylı tam orta məktəbdən yaşadığım Bərdə rayon 588 mənzilli qəsəbədə fəaliyyət göstərən Ağdam rayon 11 saylı tam orta məktəbə dəyişdirilməsini xahiş etdim.Cənab nazir ailə vəziyyətimi və yolumun uzaqlığını nəzərə alaraq xahişimi təmin etdi. Buna görə Cənab nazirə öz dərin minnətdarığımı bildirirəm.
Bu təyinatdan sonra mən elə bildim ki, məktəb yaşadığım ərazidə olduğundan işləmək mənim üçün daha rahat olacaq. Daha bilmədim ki, müəllim işlədiyim 10 ildə görmədiyim çətin anlarla , gərginliklərlə rastlaşacağam,bunu təsəvvürümə belə gətirmirdim.
Belə ki, Bərdə 588 mənzilli qəsəbədə inşa edilmiş bir məktəb binasında (6) altı müxtəlif köçkün məktəbi fəaliyyət göstərir. Bunlardan biri də mənim yeni göndəriş aldığım Ağdam rayon 11 saylı tam orta məktəbdir. Mən burda işə başladığım gündən Ağdam 12 saylı məktəbin direktoru Aftandil müəllim mənim idman zalında dərs keçməyimə imkan vermir.İdman zalının qapısının açarını özündə saxlayır və hər kəsə vermir.Mən çox çətinliklə 25.09.2018-ci ildə açarı alıb idman zalında dərs keçdim və açarın sürətini çıxarıb 11 saylı məktəbdə saxladım. Açarın sürətinin bizdə də olduğunu bilən Aftandil müəllim idman zalının zamokunu dəyişdirdi.Mən bildirəndə ki, Aftandil müəllim niyə belə edirsən? Aftandil müəllim heç nədən çəkinməyərək mənə bildirdi ki, səni bura kim göndəribsə get açarı da ondan al.
Bildirmək istəyirəm ki, mən bu barədə Ağdam rayon Təhsil şöbəsinin müdirinə də məlumat vermişəm .Ancaq hələ heç bir nəticəsi yoxdur.Xatırladım ki, Aftandil müəllimin oğlu Ağdam rayon Təhsil şöbəsində yüksək vəzifədə işləyir.Məni həmin oğlu ilə hədələyir.
Xatırlatmaq istəyirəm ki, Aftandil müəllim o Aftandil müəllimdir ki , Azərbaycan işğal olmuş rayonlarının tarixlərini bilmir.Əgər belə olmasa, 18 may 2016-cı ildə Laçın rayonunun işğalı gününü bütün respublika ürək ağrısı ilə qeyd etdiyi halda Aftandil müəllim təm-təraqlı ,musiqili əlifba bayramını qeyd edərək Reyhanə mahnısı sədaları altında rəqs etməzdi.
Bütün aidiyyatı qurumlardan və Təhsil nazirliyəndən mənim idman zalında dərs keçməyimə köməklik etməyinizi xahiş edirəm.”

Qarşı tərəfində fikirini dərc etməyə hazırıq.

Dərc etdi Elmar Nuru oglu.

    Oxunma sayı (341)

Pin It

Şərh üçün bağlıdır.