Samuxda camışları oğurladılar – Bərdədə tutuldular

Sentyabrın 24-də Samux rayonunun Yenikənd kənd sakini Mehman Musayevin 5 baş camışı kəndin otlaq sahəsindən oğurlanıb

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən xəbərə görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Rövşən Aslanov, Bərdə rayon sakinləri Rasim Əliyev və Hafiz Qurbanov Bərdə rayonu ərazisində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və aidiyyəti üzrə təhvil veriliblər.

    Oxunma sayı (9)

Pin It

Şərh üçün bağlıdır.