Xüsusi təyinatlıların olduğu helikopter qəzaya düşüb

Əfqanıstanda içərisində xüsusi təyinatlı qüvvələrin olduğu helikopter qəzaya uğrayıb.

Bizimyol.info Publika.az-a istinadən xəbər veri ki, hadisə ölkənin Pərvan vilayətində qeydə alınıb. Hələlik dəqiqləşməmiş səbəblərdən pilotla əlaqə kəsilib.

Pərvan vilayətinin rəsmisi Vahidə Şahkerin sözlərinə görə, ilkin ehtimallara görə xüsusi təyinatlı qüvvələri daşıyan helikopter vilayətin Koh Safi mahalının Mandi Kul kəndi yaxınlığında qəzaya uğrayıb. Bunun təxribat və ya terror olduğuna dair şübhələr var.

Helikopterin içərisində olan insanların taleyi barədə məlumat verilmir.

Qeyd edək ki, Taliban təşkilatı xüsusi təyinatlı qüvvələri daşıyan helikopterin onlar tərəfindən vurulmadığını bəyan edib.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.