Sumqayıtda 59 yaşlı qadını maşın vurdu – FOTO

f7ce9d89-5a8d-4b79-9277-270d48cb7b99
Sumqayıtda 59 yaşlı qadını maşın vurub.
“Report”un məlumatına görə, hadisə 17-ci mikrorayon ərazisində baş verib.
Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü İbrahimova Sevil Əhmədağa qızı yolu keçərkən sürücü Elçin Allahverdiyevin idarə etdiyi “Rav-4” markalı, “10-LU-121” dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Yaşlı qadının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.