BMT-nin baş katibi Azərbaycan və Ermənistana müraciət etdi

BMT-nin baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb.
Trend-ə istinadən.
Trend-in məlumatına görə, bu barədə A.Quterreşin mətbuat katibinin BMT-nin baş katibi adından verdiyi bəyanatda deyilir.

Bəyanatda bildirilir: “[Baş katib] həmsədrlərin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir, həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə addımlar atmağa və siyasi iradə göstərməyə çağırır”.

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.