Laçın İH şefinin atası fermasını niyə Daşkəsənə köçürür? – Şok ittihamlar

Laçının icra başçısı Aqil Nəzərlinin atası Ağaxan Nəzərovun böyük fermer təsərrüfatı var imiş

Cahan.info xəbər verir ki, bu məlumat feysbukda yazılıb.Başçının atası fermer kimi hər il yay mövsümündə heyvanları Daşkəsəndə yaylağa aparır.

Onun əsas fəaliyyəti maldarlıqdır. Burada çobanları, nəzarətçiləri işləyirlər. Hətta onlardan biri ilə mübahisə yarandığı və işdən azad etdiyi deyilir. İH rəhbərinin atasının biznesi fermaları ilə məhdudlaşmır.

Onun dükanları olduğu bildirilir. A.Nəzərov geniş səlahiyyətlərə də malikdir. O, hansısa məsələni yoluna qoymaq üçün icra başçısı olan oğluna çıxır, kiminsə işini görür. Bütün bunlar qarşılıqsız deyil.

Buna misal olaraq Hefteaz.info saytının elektron poçtuna şikayət yazan Qarabağ əlilləri Laçin rayon Vağazin sakinləri Qasimov Mirələm Əhliman oğlu,Əhmədov Nadir Şükür oğlu, İsmayilov Yusif Əli oğlu,şəhid bacisi Hümbətov Bilqeyis Süleyman qizi, Laçin rayon Qarakeçdi kənd sakini və Xanlarov Mais Haci oğlunun dediklərini xatırlamaq olar.

Sitat: “Laçın rayonuna Aqil Nəzərlinin başçı təyin olunmasına sevindik ki,yəqin cavan olduğu üçün bizim problemlərimizə daha qayğıkeş yanaşacaqdır.Ancaq bu günə kimi nəinki problemləri həll etdi,əksinə yeni problemlər yaratdı.

Biz Qarabağ əlili olaraq onun qəbuluna getdik, bizə hər hansı köməklik etməyini xahiş etdik. O isə bizə hər dəfə atası Ağaxan kişinin şəxsi təsərrüfatına köməklik etməyimizi təklif etdi.

Bildirdi ki, əgər biz onun atasının və ya qardaşı Müqabil Nəzərlinin şəxsi təsərrüfatında işləsək onda bizə hər hansı maddi yardım edəcəyini bildirdi. Qeyd edək ki, icra başçısının atası və qardaşına məxsus çoxlu marketlər, yanacaqdoldurma məntəqəsi və ferması vardır.

Biz ona bildirdik ki,sizin ailənizin qapısına gəlməmişik,biz icra hakimiyyətinin qəbuluna gəlmişik. İcra başçısı Aqil Nəzərli əlini göyə açıb bizə sən çörəyini Allahdan istə dedi”.

Qarabağ əlilləri yazmışdılar ki, A.Nəzərlinin atası Ağaxan kişi və qardaşı Müqabil Nəzərli Taxta körpü ərazisində fəaliyyət göstərən “Laçın petrol”un və marketin ofisində vətəndaşları qəbul edirlər. Bütün idarə və müəsisə rəhbərlərindən yığılan pullar Müqabil Nəzərli tərəfindən çatdırılır. Hətta Müqabil Nəzərli çəkinmədən bildirir ki,guya qardaşının vəzifəyə gəlməsinə görə kiməsə “xərcin” çoxunu o çəkib.

2-ci qrup Qarabağ əliliQasımov Mirələm Əhliman oğlu yazmışdı ki, Aqil Nəzərli hələ keçmiş başçılar Ramiz Cəbrayilovun, Akif Səlimovun dönəmində o, İcra Hakimiyyətinin sosial iqtisadi məsələlər üzrə müavini Laçın rayon YAP-nin şöbəsinin rəhbəri postunu tutduğu halda özünu və qardaşı Müqabil Nəzərli Alqulu İbrahimovun və digərlərinin adından Prezidentin sərəncami ilə təyin olunmuş icra başçılarından ərizə və iftiralar yazıblar.

Məhz 2016-ci ildə Alqulu İbrahimovun adindan yazilan böhtana görə o vaxt ki icra başcisi Aliqulu İbrahimovu məhkəməyə vermiş və ona məhkəmə 2800 manat cərimə kəsmişdir.

Bundan təşvişə düşən Aqil Nəzərlinin atasi Ağaxan Nəzərli və qardaşi Müqabil Nəzərli, Alqulu İbrahimova pul boyun olmaqla onlarin adi ki gizli saxlanmasini xahiş etmişdilər.

Daha sonra Aqil Nəzərli İcra Başçisi təyin olandan sonra da Yol İdarəsinin kecmiş müdiri rəhmətlik Musa Musayevdən Təhsil şöbəsinin müdiri Malik Vəliyevdən və digərlərindən Alqulu İbrahimova ərizə yazmağini təklif etmişdir. Ancaq Alqulu İbrahimov bundan imtina etmişdir.

Cahan.info

    Oxunma sayı (12)

Pin It

Şərh üçün bağlıdır.