Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu.

Bu gün Yevlax rayonu Qaramammədli və rüstəmli kəndinlərinə çəkilən qaz xəttinin açılışı oldu.. Qaz çəkişinin açılışında Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Musayev iştirak etmişdirlər.
Tədbiri Yevlax Rayon İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açaraq bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Yevlax rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.Bunun da bariz nümunəsidir kiv, bu gün Qaraməmmədli və Rüstəmli kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.
Sonra çıxış edən Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Musayev kənd sakinlərini əlamətdar hadisə münasibəti ilə təbrik edərək əhalini görülmüş işləri qorumağa çağırmış eyni zamanda qazdan istifadə zamanı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi tövsiyyə etmişdir.
Tədbirdə çıxış edən kənd ağsaqqalları və ziyalıları, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və minnətdarlıqlarını bildirmişlər.

42471441_695268880851940_8621088626907807744_n

42558952_695268847518610_4902650231457316864_n

42463228_695268737518621_1212298572775555072_n

    Oxunma sayı (28)

Pin It

Şərh üçün bağlıdır.