Yevlaxda “Bilik günü” ilə əlaqədar tədbir keçirildi.

Bütün ölkə ərazisində olduğu kimi Yevlax rayonunda da “Bilik Günü” geniş qeyd edilmişdir. Tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər. “Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Yevlax Rayon İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının nümayəndələri, Yevlax Təhsil şöbəsinin rəhbərliyi, müəllim, şagird və valideynlər iştirak etmişlər. Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2018-cü il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar şəhər ərazisində yerləşən 5 nömrəli və 1 nömrəli tam orta məktəblərdə təntənəli tədbirlər keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zərxanım Əhmədova tədbir iştirakçılarını salamlayaraq Bilik günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Məktəbin nailliyyətləri haqqında geniş məlumat verdi.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədr müavini Aparat rəhbəri Əli Quliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Əli Quliyev həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Vitse Prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məhs bu istiqamətdə gördüyü işləri, təhsilin keyfiyyətinin artıtılmasını daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.
Tədbirdə digər çıxış edən Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova əvvəlcə rayon təhsilinin uğurlarından danısdı. Sonra o,Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi sərf etdiyi əməyə görə dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və birinci xanım, Mehriban Əliyevaya, Yevlax Rayon İcra Hakimiyyətinə, bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

41781944_2443910752293447_6682299875066904576_n

41725381_238807690131846_5986240561495932928_n

41779841_2115874035112360_671250019101179904_n

41741952_1117930181692102_6316868539806384128_n

41818725_520145171745981_4089382759322091520_n

41866344_266982217488278_2353539802151780352_n

41866344_266982217488278_2353539802151780352_n

    Oxunma sayı (57)

Pin It

Şərh üçün bağlıdır.