Bərdə rayonunun Divanlı kəndində ekoloji fəlakət hökm sürür-FOTO

Bərdə rayonunun Divanlı kəndində ekoloji fəlakət hökm sürür.Nə Bərdə rayon İH-nin kənd İnzibati Dairəsi üzrə nümayəndəsini , nə də Divanlı kənd bələdiyyəsinin sədrini zibillikdən yaranmış dözülməz vəziyyət narahat etmir.Bərdə rayonunun Divanlı kəndində zibillikdən yaranan mənzərə heç də ürək açan deyil. Kənd camaatı məişət tullantılarını mərkəzi küçələrdən birinə atmaqla böyük bir ərazini zibilliyə çevriblər. Əslində sakinlərə görə burada qınanılası bir şey də yoxdur. Hər kəs buranı zibillik bilib , tullantıya çevirdiyi məhsulları gətirib atmaqda qəbahət bir hal olmadığını düşünür. Yerli icra hakimiyyəti orqanı, yaxudda bələdiyyə məişət tullantılarının idarə olunmasını düzgün təşkil etsə idilər heç şübhəsiz ki, bu mənzərə ortaya çıxmazdı. Mənzərəni görən hər kəs bunun ekoloji fəlakət olduğunu təsdiq edə bilər. Ən təhlükəlisi isə buradan keçən su arxının çirklənməyə məruz qalmasadır. Artan anti-sanitariya təhlükəsi axar su ilə digər əraziləridə yoluxucu xəstəliklərin yayılmasına şərait yaratmış olur. Deyək ki, quş qripinin yayılması üçün münbit şəraitin mövcudluğuna dəlalət edən elə bu zibillikdir. Bu da öz növbəsində bu zibilliyin insanların həyatına ekoloji təhlükə yaratmaqla bərabər, həmdə kənd sakinlərinin dolanışığı üçündə sosial-iqtisadi zərbələr deməkdir.Kənd sakinləri də bu zibilliyin yığışdırılmamasından narazıdırlar. Onlar yaranan dözülməz və biabırçı vəziyyətə görə Bərdə rayon İcra Hakimiyyətinin İƏD üzrə nümayəndəsi Əli Rüstəmovu və Divanlı kənd bələdiyyəsinin sədri Nurlana Zülfüqarovanı günahlandırırlar. Sakinlərin dediyində əslində qeyri- adi bir şey də yoxdur. Həqiqətən də yerli hakimiyyət orqanlarının səhlənkarlığı olmasa zibildən bu boyda dağ da yaranmazdı. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının maddalərindən biri də məhz , hər kəsin sağlam ətraf mühitdə yaşamasıdır. Ümüd edək ki, Divanlı sakinlərinin üzləşdiyi ekoloji fəlakətə nə İƏD- üzrə nümayəndə Əli Rüstəmov , nə də Divanlı kənd Bələdiyyəsinin sədri Nurlana Zülfüqarova laqeyd qalmayacaqlar . Dərhal problemin həlli istiqamətində lazım olan işləri görəcəklər.
Siam.az

1536830740_1536805119_2

1536830657_1536805108_3

1536830680_1536805185_5

1536830715_1536805158_4

    Oxunma sayı (166)

Pin It

Şərh üçün bağlıdır.