Vidadi İsayevin fəaliyyəti araşdırılır – vəzifəsindən alına bilər

Bərdənin icra başçısı Vidadi İsayevin fəaliyyəti araşdırılır. Gundeminfo.az-a daxil olan məlumata əsasən Vidadi İsayevin cari ildə Bərdəyə ayrılan büdcə vəsaitləri ilə bağlı olaraq fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı ciddi araşdırmalar aparılır. Maliyyə Nazirliyinin Rayon İcra Hakimiyyətinə təmir-tikinti və abadlıq işlərinin həyata keçirilməsi, yolların inşası ilə bağlı vəsaitlərin istifadəsinə dair audit tədbirlərini yekunlaşdırmaq üzrədir. Mənbəmiz məlumat verir ki, bununla yanaşı Bərdədə həmçinin qanunsuz tikililərin də siyahısı hazırlanacaq.

Saytımıza bilgi verən mənbə iddia edir ki, Elmar Vəliyevin işdən çıxarılmasından sonra Vidadi İsayev də himayədarsız qalıb və yaxın günlərdə işini itirəcəyindən xəbərdardır. Onu da əlavə edək ki, özü xaricdə olsa da Vidadi İsayev ən yaxın adamını, Zaur Bəylərovun işdən azad edilməsi haqqında qərar da imzalayıb. Bu isə o deməkdir ki, icra başçısının “qara kassası” olan Zaur Bəylərov artıq sorğu-suala çəkilib və İsayev ilk qurban kimi onu işdən çıxarmaq məcburiyyətində qalıb. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

    Oxunma sayı (236)

Pin It

Şərh üçün bağlıdır.