CƏLİLABADDA ANA VƏ QIZINI QƏTLƏ YETİRMİŞ ŞƏXS BAKIDA SAXLANILIB

Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

Rayonun Qarazəncir kənd sakinləri – 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./report

    Oxunma sayı (11)

Pin It

Şərh üçün bağlıdır.