Azərbaycan prezidenti hindistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Hindistan prezidenti Ram Nat Kovində başsağlığı verib.

Oxu.Az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

    Oxunma sayı (1)

Pin It

Şərh üçün bağlıdır.