Argentinalı polis qadın anasız qalan körpəni əmizdirdi — FOTO

Argentinada yenicə ana olmuş polis qadın aclıqdan ağlayan 8 aylıq körpəni əmizdirib.
“Ölkə.Az” xəbər verir ki, Seleste Ayala adlı polis qadın xəstəxanada həkim və tibb bacılarının məşğul olduqları üçün körpə ilə maraqlanmadığını görüb. Bundan sonra isə ac qalan körpəyə süd vermək üçün xəstəxana işçisindən icazə alıb.

Başqa bir polis tərəfindən çəkilən foto sosial mətbuatda geniş rezonansa səbəb olub. Polis isə fotonu paylaşanda bu sözləri yazıb:
“Heç tərəddüd etmədən anası kimi davrandın. Xəstəxana rəhbərliyi kimi uşağın çirkli olmasından, pis qoxusundan narahat olmadın. Bu, hər gün qarşılaşılan davranış deyil”.

1-26

    Oxunma sayı (11)

Pin It

Şərh üçün bağlıdır.