Xəzər diplomatiyasının yekunu – İmzalanmış Konvensiya bölgə və Azərbaycan üçün nə deməkdir?

İki gün əvvəl Qazaxıstanın Aktau şəhərində Xəzəryani ölkələrin – Azərbaycanın, İranın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın dövlət başçıları – İlham Əliyev, Həsən Ruhani, Nursultan Nazarbayev, Vladimir Putin və Qurbanqulu Berdimühəmmədov V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyaya imza atdılar. Bu sənədi “tarixi” adlandıranlar yanılmır. Bunun da çox səbəbi var.

Əvvəla, sənədin statusuna baxaq. Bu, bəyanat, bəyannamə, niyyət protokolu deyil, Konvensiyadır. Yəni imzalanan bu sənəd beş Xəzəryanı dövlət üçün qanun qüvvəsindədlr, icrası məcbridir. Yəni beş ölkənin prezidenti eyni zamanda beş dövlətdə parlamentlərində ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək qanunu imzalayıb. Bu, o baxımdan önəmlidir ki, beş dövlət Xəzərin məhz onlara – sahilyanı ölkələrə məxsus olduğunua dair yekun qərar verdilər və bunu dünyaya bəyan etdilər. Artıq bundan sonra hər hansı başqa bir dövlərin Xəzər dənizinə xüsusi iddiası ola bilməyəcək. Bu beş dövlətdən başqa heç bir dövlətin buraya hərbi donanma göndərmək, burada hərbi dəniz bazası yaratmaq hüququ olmayacaq. Bu, Xəzəryanı dövlətlərin hamısının razılığını tələb edəcək. Təbii ki, burda nəzərlər daha çox Azərbaycana doğru yönəlirdi. Rusiya Sovet İttifaqının varisi olaraq və İran onsuz da Xəzər dənizində suveren hərbi hüquqa sahib idi. Sovet İttifaqının dağılması nəticəsində yaranan və Xəzərin karbohidrogen ehtiyatlarını xarici transmilli şirkətlərlə birlikdə hasil və ixrac edən 3 yeni dövlətdən biri – Qazaxıstan bəzən “Rusiyanın NATO-su adlandırılan Kollektiv Thlükəsizlik Müqaviləsinin üzvüdür. Başqa biri – Türkmənistan neytral dövlət statusunu özü üçün müəyyən edib. Və Azərbaycan da Qoşulmama hərəkatında təmsil olunur və hətta fəal iştirakçıdır. Bununla belə Azərbaycanın həm də ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin indiki və artan səviyyəsi, o cümlədən, NATO ilə müəyyən proqramlar və prosedurlar çərçivəsində əməkdaşlığı qonşu dövlətlərin media və ekspert dairələrində belə fikirlərə meydan açırdı ki, rəsmi Bakı nə zamansa öz ərazi sularında xarici hərbi dəniz bazasının qurulmasına razılıq verə bilər. Əslində isə Azərbaycan müstəqillik qazandığı ilk gündən ölkə ərazisində, o cümlədən də, Xəzərdə xarici hərbi iştirakın tərəfdarı olmadığını dəfələrlə bildirmiş, bunu təkcə sözlə deyil, əməldə də isbatlamışdı. Doğrudur, Azərbaycan cəmiyyətində də zaman-zaman belə təkliflər, fikirlər səslənib (buna səbəb başqa Xəzəryanı dövlətlərin – İranın və Türkmənistanın keçmiş rəhbərlərinin və hökumətlərinin zaman-zaman Azərbaycanın Xəzərdəki hüququnu mübahisələndirmək cəhdləri, hətta bəzən hərbi və diplomatik demarşları olub). Ancaq ancaq bu, heç zaman Azərbaycan dövlərinin rəsmi mövqeyinə çevrilməyib. Bu baxımdan da Konvensiya tarixi sənəddir; prinsipial məsələlərdə olan fikir ayrılıqlarına son qiymaq üçün hüquqi baza yaradılıb. Doğrudur, İran Prezidenti imzalanma mərasimindən sonra mətbuat üçün bəyanatında bu sənədin hələ parlamentdə ratifikasiya olunmalı olduğunu dedi (onsuz da hamıya məlum idi ki, sənəd ratifikasiya olunacaq, deməli, bu bəyanat hələ bütün məsəllərin həll olunub qurtarmadığına işarə idi). Eyni zamanda Türkmənistan Prezidenti də hələ razılaşdırılmamış qalan məsələlərlə bağlı xarici işlər nazirlri səviyyəsində mexanizm təklif etdi.Bunlara da təbii baxmaq lazımdır;bu iki dövlət 22 il ərzində sərgilədikləri mövqeni dəyişmələrinin asan olmadığına diqqət çəkir, öz cəmiyyətlərinin skeptik hissəsinə hesablanmış və əslində həm də gerçəklikdən doğan bəyanatlar vermiş oldular. Konvensiya elə həm də bu üzdən tarixi sənəddir ki, bir-biri ilə diamertal əks mövqedə olan dövlətlər prinsipial fikir ayrılıqlarından özlərinin də ifadə etdiyi kimi, ortaq məxrəcə gələ biliblər. Xəzərin hüquqi statusu ilə bağlı mübahisələr 1992-ci ildən başlanıb. 1996-cı ildən isə Xəzərin statusuna dair Konvensiyanın üzərində iş aparılıb. Tam 22 il bu Konvensiya müzakirə prosesində olub. Ancaq prosesdə əsas dönüş nöqtəsi 2003-cü ildə baş verib – həmin il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi haqqında” üçtərəfli sazişin imzalanması olub. İkinci dönüş nöqtəsi Azərbaycanın əsas təşəbbüskarı olduğu TransXəzər neft-qaz kəmərləri ideyasıdır. Bu, Qazaxıstanla və Türkmənistanla Azərbaycanın mövqeyinin yaxınlaşmasına, ortaq nöqtələrin axtarışına imkan və stimul yaradıb. Nəhayət, başqa bir önəmli nöqtə bu ilin martında İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri və Xəzər dənizində müvafiq blokların ( yəni mübahisə doğuran, daha doğrusu, İranın iddiası üzündən mübahisə doğurmuş) blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması odu. Doğrudur, buna qədər – ötən ilin sonunda Xəzərin hüquqi statusuna dair Konvensiya Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə artıq razılaşdırılmışdı. Ancaq Azərbaycanla İran arasında müvafiq blokların birgə imzalanması haqqında Anlaşma Memorandumunun dövlət başçıları səviyyısində imzalanması artıq Konvensiyanın Zirvə görüşündə qəbul edilməsi yolunu tamam açmış oldu. Azərbaycanla İran arasında bu memorandum Konvensiyanın əsas müddəalarından birində ifadə olunan mövqe oldu. Heç şübhəsiz, bu prosesdə Azərbaycanın sözünün və imzasının çəkisi mühümdür; bir az əvvəldə təhlil olunan dönüş nöqtələrinin hər birində Azərbaycanın rolu və mövqeyi önəmli olub. Xəzəryanı bölgənin iki böyük dövlətini – İranla Rusiyanı geoiqtisadi baxımdan daha da birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin əsas təşəbbüskarı və ötürücü xabı Azərbaycandır. Eyni zamanda Şərq-Qərb dəhlizi ideyasını irəli sürməklə (ki, bu Konvensiya artıq Xəzərin dibindən kəmərlərin çəkilməsinə də yol açdı), tarixi “İpək Yolu”nu da diriltməklə Azərbaycan Qazaxıstanın və Türkmənistanın Avropa bazarlarına öz tranzit imkanlarını təqdim etdi. Həm Mərkəzi Asiyanı Aavropa ilə, hm də Rusiyanı İranla, Hind Okeanı ilə birləşdirmə baxımından Azərbaycanın həm coğfari imkanları, həm siyasəti Xəzəryanı regionun ziddiyyətlərdən, hətta qarşıdurmalardan tərəfdaşlığa doğru yönəlməsinə böyük töhfə verdi.

Doğrudur, dediyimiz kimi, bu problematika ilə bağlı müzakirələr hələ davam edcək. Həsən Ruhani də deyib ki, Xəzərin dibinin bölünməsi ilə bağlı danışıqlar davam edəcək. Hələ konkret məsələlər həll olunmalıdır. Turan Agentliyinin xəbırinə görə, imzalanmış Konvensiyaya əsasən “sənədi imzalayan dövlətlərin hər birinin ərazi sularının uzunluğu 15 dəniz milini (28 kilometrə yaxın) ötməməlidir, ona yaxın balıqçılıq zonası 10 mil (19 kilometrə yaxın) olmalıdır. Dənizin dibinə gəlincə, perimetr boyunca ayrı-ayrı sektorlardan təhlükəsizlik zonası müəyyən etmək mümkündür ki, bu da 500 metrdən çox olmayacaq. Hələ beş Xəzəryanı dövlət həmin sektorların dəqiq sərhədləri ilə bağlı razılaşma əldə etməlidir”.

Təbii ki, Konvensiya ümumi prinsipləri müəyyən edib. Əslinə bu prinsipial məsələlərdə razılığa gəlməyin özü asan deyildi. Əsas ziddiyyət yaradan məsələlər həllini tapıb. Bundan sonra həll olunacaq məsəllər üçün də hüquqi çərçivələr Konvensiyada var. Beləliklə, artıq demək olar ki, istər region üçün bütövlükdə, istərsə də, Xəzəryanı dövlətlərin hər biri üçün ayrı-ayrılıqda tarixi önəm daşıyan nəhəng kollektiv diplomatik uğur əldə edilib.

Bizimyol.info

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.