Bakıda vətəndaş soyunub, “Qaçqınkom”un binasına çıxdı: özünü atmaq istədi- FOTOLAR + VİDEO

Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb.

AZXEBER.COM-a hadisə şahidlərinin göndərdiləri görüntülərdə, orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-nin xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib.

Qəbul otağında olan və daha sonra binanın axırıncı mərtəbəsinə çıxan şəxs probleminin həllini tələb edir.

Hadisə yerindən çəkilmiş foto və videoları təqdim edirik. Ətraflı məlumat veriləcək.

***

Hadisə ilə bağlı Qaçqınkomun Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev “qafqazinfo”ya açıqlama verib. O bildirib ki hazırda həmin şəxs xilas edilib: “Ona tibbi yardım göstərilir. Hansı səbəbdən bu addımı atdığı hələ ki, bizə məlum deyil. Bu haqda məlumat verəcəyik”.

1534154833_1

1534155171_39044795_697702583902024_7847084457302425600_n-1

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.