Yevlax RMX-da Hasil həkim “qır atı ilə,, Xəstələri qırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyənin inkişafı haqqında hər çıxışında xüsusən qeyd etmişdir Bugünkü səhiyyəmizdə həkimlərin cəsurluğu , xəstələrə qayğı ilə baxılması ,dərman preparatlarının xəstələr üçün vaxtında çatdırılması barədə həmişə demişdir. Buna baxmayaraq bu gün Yevlax rayon mərkəzi xəstəxanasının həkimlərinin özbaşınalığı prezidentimizin çıxışına tamamilə əksdir.
Fərqli-fərqli insanlar olduğu kimi fərqli-fərqli həkimlər də var. Bu fərqli həkimdən biri də Hippokrat andını ayaq altına tapdalayaraq öz həkim borcunu yerinə yetirməyən Hasil həkimdir. Məsələ ondan ibarətdir ki, 29.07.2018-ci il tarixdə gece saat 23:30 radələrində Məmmədova Ramilə Elman qızı evlərində ehtiyatsızlıq ucbatından yıxılaraq ağır zədələr almışdır.Təcili yardıma zəng edib və təcili yardım maşını gec gəldiyinə görə xüsusi maşınla xəstəxanaya daxil olmuşdur.Növbətçi həkimə müraciət etmək istədikdə növbədə duran xanımlar həkimin evdə olduğunu bildirmişdilər.Həkimlə telefon əlaqəsi saxlamışdılar ki, xəstənin vəziyyəti ağırdır, gəlməniz lazımdır.Lakin buna baxmayaraq həkim öz tibb bacısı ilə nə danışdılarsa yenə də xəstənin dediyinə görə yenə də Hasil həkim gəlməmişdir.Sadəcə olaraq başından eləyib tibb bacısına yaranı təmizləyib bağlamasını demişdir.Heç bir əməliyyat aparılmadan yəni sınıq olub yaxud yaranın ağır dərəcədə olub olmadığını yoxlamadan tibb bacısı özü bildiyi kimi sarıyıb yola salmışdır.Xəstə Məmmədova Ramilə Elman qızı özü bizə yazıb bildirib ki, qılçanın diz nahiyyəsində sümük sınıqları aşkar edilib və bundan sonra da müalicəyə ehtiyacı var.
Hörmətli oxucularbu gün səhiyyəmizdə Hasil həkimlər insanların sağlamlığını yox şikəst qoyarlar.Bu günlərdə səhiyyəmizin inkişafı olan zaman da həkim qrublarının regionlara kəndlərə gedib xəstələri müalicə edir.Amma Hasil kimi həkimmərkəzi xəstəxananın növbətçi həkim olsa da arxeyn şəkildə evində rahat yatır.Hasil həkim kimə və nəyə arxeyndir ki, Yevlax rayon böyük bir mərkəzi xəstəxananın növbə həkimi olaraq növbəsini başlı-başına buraxır.Bunu biz redaksiyamızda dərc etməkdə üzümüzü yuxarı distansiyalara yəni səhiyyə nazirliyinə Yevlax rayon mərkəzi xəstəxanasının travmatalogiya şöbəsinin müdiri Şahin həkimə üzümüzü tutub deyirik ki, Hasil kimi həkimi bu kimi özbaşınalıqlara niyə göz yumurlar.

p.s
Səhiyyəmizin bu inkişafı zamanı biz redaksiya olaraq Hasil kimi , Hippokrat andını içmisənsə işinizdə olun. Nə vaxtsa bu and sizi tutacaq.Gec olacaq güc olacaq.
Qarşı tərəfində fikrini dinləməyə hazırıq.Bu mövzuya qayıdacağıq.

    Oxunma sayı (47)

Pin It

Şərh üçün bağlıdır.