Yas mərasimində kütləvi zəhərlənmə: 9 ölü

Yas mərasimi zamanı kütləvi zəhərlənmə olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində qeydə alınıb. Zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə həşəratların öldürülməsi üçün nəzərdə tutulan dərmanın qidaya düşməsinin səbəb olduğu ehtimal edilir.

Hazırda Perunun Hərbi Hava Qüvvələri zəhərlənən insanları İka şəhərində yerləşən xəstəxanaya çatdırır.

Dosye.org

    Oxunma sayı (35)

Pin It

Şərh üçün bağlıdır.