Meşəni narkotik plantasiyasına çevirib – İSMAYILLI SAKİNİ TUTULDU

İsmayıllıda meşədə narkotik yetişdirən şəxs tutulub.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan İsmayıllı rayonunun Göytəpə kənd sakini, 1992-ci il təvəllüdlü Şamil Səfərov saxlanılıb.

Onun yaşadığı kəndin meşə ərazisində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın, ümumilikdə 38 ədəd yaş və yarıqurumuş vəziyyətdə olan çətənə kolları, eləcə də kustar üsulla hazırlanmış 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

    Oxunma sayı (10)

Pin It

Şərh üçün bağlıdır.