ŞOK! ŞOK! GƏNCƏDƏ AKSIYA TƏŞKILATÇILARINDAN BIRININ ŞƏXSIYYƏTI BARƏDƏ DOĞMA QARDAŞI NƏLƏR DEDI,-VIDIO?

Hazırda Kanadada olan və 10 iyul 2018-ci ildə əhalini Gəncə şəhərində aksiyaya dəvət edən Teymurov Sahib Tağı oğlunun qardaşı, Bərdə rayon sakini Teymurov Arif Tağı oğlunun sosial şəbəkələrdə videosu yayıldıqdan sonra onunla Bərdə şəhərində görüşüb fikirlərini öyrənməyə çalışdıq. Arif Teymurov müsahibəsində qardaşı Sahibin uzun illərdi onun fərdi yaşayış evini, torpaq sahəsini və ictimai iaşə obyektini onu aldadıb sataraq onu müflis etdiyini, eləcə də digər qohumları və həmkəndlilərindən dələduzluq yolu ilə pul və əmlak ələ keçirib xeyli vaxt onlardan qaçaraq gizləndiyini, həmin müddət ərzində isə onun kirayələrdə yaşadığını bildirdi. Eyni zamanda Arif Teymurov müsahibəsində qardaşı Sahib Teymurovun Uşaq Evlərinə Qayğı İctimai Birliyinin rəhbəri olan zaman iki azyaşlı qız uşağına cinsi təcavüz etdiyinə görə həmin dövrdə barəsində araşdırılma aparılan zaman ölkədən qaçdığını bildirdi. Eyni zamanda Arif Teymurov qardaşının zorakılıqla müşayət olunan psixoloji problemlərinin olduğunu, hazırda da xarici dövlətlərdə Azərbaycan Respublikasında törətmiş olduğu cinayətlərə görə maskalanması üçün müxtəlif məzmunlu çıxışlar edərək özünü siyasi mühacir kimi göstərməyə çalışdığını bildirərək qardaşından onun əmlakını geri qaytarmasını tələb edib, eyni zamanda xalqın Sahib Teymurov kimi dələduza inanmamalarını bildirdi.

    Oxunma sayı (190)

Pin It

Şərh üçün bağlıdır.