Şəhid ailələri Əlillər və Muharibə Veteranlarının Müdafiəsi İctimayi Birliyinin Fövqaladə Qurultayı.

IMG-20180527-WA0002

Azərbaycan Respublikası“Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 16.06.2018-ci ildə növbədən kənar qurultay keçirdi.
Qurulayı giriş sözüylə sədrin birinci müavini Tahir Əliyev açdı və çıxış üçün sözü ŞAƏMVHM İ.B-nin sədri Şahin Ələkbərliyə verdi. Şahin müəllim bütün qurultay iştirakçılarını salamladıqdan sonra İctimai birliyin yarandığı gündən əldə etdiyi uğurlarından danışdı. O, Tahir müəllimin ötən illər ərzində gördüyü işlərini xüsusi qiymətləndirdi.Beləki Tahir müəllim ötən illər ərzində yüzlərlə üzvülərinin bəzi məmurlar tərəfindən pozulmuş hüquqlarının bərpası üçün mübarizə apararaq onların hüquqlarının bərpasına nail olmuşdur.
Daha sonra Şahin müəllim qarşıda duran vəzifələrdən danışaraq İctimai Birliyin mərkəzi idarəsinə və rayon şöbələrinə öz tövsiyyələrini, eləcə də göstərişlərini verdi.
Qurultayın sonunda rayon şöbələrinin sədrləri hesabat xarakterli çıxışlar etdilər.
Bu gün isə İctimai Birliyin Bərdə rayon şöbəsinin sədri Elman Türbədəyev üzvləri ilə toplantı keçirərək qurultay barədə üzrlü səbəbdən qurultayda iştirak etməyən üzvləri məlumatlandırdı, qarşıda duran vəzifələrdən danışdı.Sonda isə yeni üzvlərə vəsiqələr paylanıldı.

DSC_1290

DSC_1294

DSC_1295

DSC_1298

    Oxunma sayı (32)

Pin It

Şərh üçün bağlıdır.