Bərdə rayon Təhsil şöbəsinin müdüri Rzaqulu Şərifov KİV- ni tanımır……

1530168317_berde_mudir

Bərdə rayon Təhsil şöbəsinin müdüri Rzaqulu Şərifov KİV- ni tanımır……Nəzərinizə çatdırıram ki Bu ilin tələbələrin yüksək bal toplaması üçün araşdırma apararaq həmin tələbələrlə görüşüb sevinclərinə şərik olmaq məqsədi ilə çəkiliş qurupumuz bölgələrdə oldu.Belə rayonlardan biridə Bərdə rayonu oldu.Həmin təlbələrin araşdırılıb tapılması üçün əməkdaşlarımız Bərdə rayon Təhsil Şöbəsinin müdüri Rzaqulu müəllimlə görüşüb məlumat almaq istədilər.Lakin çox təssüflə qeyd etmək istəyirəm ki Bərdə rayon Təhsil Şöbəsinin müdüri Rzaqulu Şərifov bizim əməkdaşlarımızı gobudcasına təhqir edərək müsahibə verməkdən imtina etdi.Onuda qeyd edim ki çəkiliş qurupumuz Bəırdə rayonunda ezamiyyədə olan müddəti Bərdə rayonunda bəzi məktəblərdə imtahanlarla bağlı bülletenlərin tələbələrə pulunan verilməsinin şahidi oldular.Bizə aydın olduki Rzaqulu müəllim onun üçün bizim əməkdaşlarımıza müsahibə verməkdən yayınıb.Düşünürəmki bu barədə belə özbaşınalıq edən məmur haqqında aydiyyəti qurumlar tədbir görəcək.Hörmətli Rzaqulu müəllimin nəzərinə çatdırmaq istəyirəm ki Azərbaycan Respublikasının KİV- i haqqında qanunun
Maddə 1 . Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.
Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək,
hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat
verilməsinə əsaslanır.
*****************
Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların
idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi,
istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında
qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
*****************
Maddə 8 . Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum
haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai
birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru‐dürüst
məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının
qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
************************************
Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi
partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin
sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda
verirlər.
************************************
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları
çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin
işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
*************************************
Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin
məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec
olmayaraq cavab verilməlidir.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət
orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi
partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
şəkildə şikayət etmək hüququna malikdir.
Görünür ki Bərdə rayon Təhsil Şöbəsinin müdüri Rzaqulu müəllimin bu qanunlarda xəbəri yoxdur və ya qanunlara rəayət etmək istəmir.
Huquqxeber.İnformasiya agentliyinin drektoru: Rafiq Məmmədov

    Oxunma sayı (40)

Pin It

Şərh üçün bağlıdır.