DƏHŞƏT! Xalası qızının boğazını kəsib polisə təslim oldu – VİDEO

Hacıqabulun Muğan qəsəbəsində qətl hadisəsi olub.
Regionxeberleri.com ARB TV-ə istinadən xəbər verir ki, Hacıqabul sakini, 24 yaşlı Ayəddin İsmayılzadə xalası qızı – 24 yaşlı Rəvanə Məliklinin boğazını kəsib.
Məlumata görə, gənc qız nənəsi ilə yaşayıb. Evə daxil olan İsmayılzadə xalası qızının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb. Daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Rəvanə Məliklinin bir bacısı da qətli törədən Ayəddin İsmayılzadənin qardaşının həyat yoldaşıdır.
Saxlanılan şəxsin dostu: “Uşaqlıqdan bir yerdə böyümüşük. Qardaşımız olub. Çox mehriban olub. Qızıl uşaq olub. İşləyirdi, işə gedib-gəlirdi, heç kimə dolaşmırdı”.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

    Oxunma sayı (26)

Pin It

Şərh üçün bağlıdır.