DÇ-2018-də son tura gedərkən – STATİSTİK BAXIŞ

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsində ilk iki tur başa çatdı.

Oxu.Az xəbər verir ki, artıq ilk iki turu ümumiləşdirmək olar.

Əvvəla, onu qeyd edək ki, penaltilər üzrə ixtisaslaşan mundialda keçirilən 29 matçda 14 penalti qərarı verilib. Bunlardan 11-i qola çevrilib. Halbuki Braziliyada keçirilmiş ötən mundialda 68 matçda cəmi 13 penalti qərarı verilmişdi. 11 metrlik cərimə zərbələrinin çoxluğu bu ildən mundialda VAR (Video Assistant Referee) sisteminin tətbiqi ilə bağlıdır.

İndiyədək 85 qola şahidlik etmişik. Bu göstərici 28 komandanın aktivinə yazılıb. Dörd komanda hələlik qol sevinci yaşaya bilməyib. Bunlar Səudiyyə Ərəbistanı, Mərakeş, Peru və Kosta Rika milliləridir.

Altı komanda son turun nəticəsindən asılı olmayaraq, artıq 1/8 finala vəsiqə qazanıb. Bunlar A qrupundan Rusiya və Uruqvay, C qrupundan Fransa, D qrupundan Xorvatiya və G qrupundan İngiltərə ilə Belçikadır.

Son turun nəticəsindən asılı olmayaraq, səkkiz komandanın pley-offa çıxmayacağı dəqiqləşib. Bunlar Misir, Səudiyyə Ərəbistanı, Mərakeş, Peru, Kosta Rika, Tunis, Panama və Polşa milliləridir.

Qatıldığı ardıcıl üçüncü mundialda da 1/8 final üzü görməyən Polşa yeganə Avropa ölkəsidir ki, vaxtından erkən mübarizəni dayandırdığı müəyyənləşib.

D və F qrupları yeganə qruplardır ki, bu qruplarda komandaların heç birinin şansı tükənməyib. Sonuncu tur A qrupunda Rusiya ilə Uruqvay, G qrupunda Belçika ilə İngiltərə qrup lideri olmaq üçün sonuncu matçına çıxacaq.

Ümumiyyətlə, bu iki qrup və F qrupunda hələ heç-heçə qeydə alınmayıb. 12 komanda turnirdə hələlik qələbə üzünə həsrət qalıb.

Sonda sizə III turun oyun cədvəlini təqdim edirik. Xatırladaq ki, sonuncu tur həlledici xarakter daşıdığından qruplarda oyunlar eyni saatda başlayacaq.

25 iyun

A qrupu

18:00 Səudiyyə Ərəbistanı – Misir

18:00 Uruqvay – Rusiya

B qrupu

22:00 İran – Portuqaliya

22:00 İspaniya – Mərakeş

26 iyun

C qrupu

18:00 Avstraliya – Peru

18:00 Danimarka – Fransa

D qrupu

22:00 İslandiya – Xorvatiya

22:00 Nigeriya – Argentina

27 iyun

F qrupu

18:00 Meksika – İsveç

18:00 Cənubi Koreya – Almaniya

E qrupu

22:00 Serbiya – Braziliya

22:00 İsveçrə – Kosta Rika

28 iyun

H qrupu

18:00 Yaponiya – Polşa

18:00 Seneqal – Kolumbiya

G qrupu

22:00 İngiltərə – Belçika

22:00 Panama – Tunis

    Oxunma sayı (12)

Pin It

Şərh üçün bağlıdır.