İndoneziyada dəhşət: İlan qadını diri-diri uddu

İndoneziyanın Sulavesi adasında dəhşətli hadisə baş verib.
“Ölkə.Az” xəbər verir ki, “Jakarta Post” qəzetinin xəbərinə əsasən, 8 metrlik piton ilanının qarnından qadın meyiti çıxıb.

Polis bildirir ki, 54 yaşlı Va Tiba evindən 1 km uzaqlıqda yerləşən ərazidə itkin düşüb. Qadın evə qayıtmadığı üçün ailəsi polisə xəbər verib. Vanın bacısı axtarışa çıxıb. O, torpağın üzərində iz, fənər, ayaqqabı və maçete bıçağı aşkar edib.

Qadın yerli sakinlərə müraciət edib. Bir neçə saat sonra mədəsi şişmiş piton ilan tapılıb. Sakinlər ilanı öldürüb qarnını yarıblar. Onun mədəsindən itkin düşən qadın çıxıb.

    Oxunma sayı (14)

Pin It

Şərh üçün bağlıdır.