Bu uşağın 22 yaşı var, böyümür – Tibbi şoka salan anomaliya (Video)

22 yaşlı Manprit Sinqx Hindistanda yaşayır. 6 aylıq uşaq kimi görünən bu unsanın boyu 58 sm-dir.

Yerli sakinlər onu Tanrının reinkarnasiyası kimi qəbul edərək, evinə axın edib, təzim edirlər.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, ananın sözlərinə görə uşağın 6 ayından inkişafı dayanıb. Mərkəzdəki bahalı müayinələrə gücü çatmayan ailə uşağı yerli həkimə göstərib. Onlar körpədə qalxanabənzər vəzin tibbdə nadir pozuntusu diaqnozunu qoyublar. Yəni uşağı böyüdəcək hormonlar işləmir.

O, körpə kimidir, gəzmir, danışmır. Ona ailə qulluq edir. Artıq 22 ildir səhhətində problemlər çox olsa da bu uşaq yaşayır. Ailənin digər övladları normaldır.
Ailə ümid edir ki, Manpritun bu qeyri-adi xəstəliyi elm və tibb üçün maraqlı olacaq və bunu araşdırıb, müalicəsini tapacaqlar.

Kənddə isə uşağı çox sevirlər, deyirlər ki, onun gülüşü insanlara düşərlidir.

1528802446_9459272

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.