Şəhid qızını öldürən biznesmen oğlu məhkəmə qarşısında – FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rəhim Rəhimovun (2000-ci il təv.) CM-nin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində, Dövlət Bayraq Meydanının yaxınlığında naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı, 90-FO-007 dövlət nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən Könül Əkbərova (1975-ci il təv.) vurulub.

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb. Hadisə yerinə, avtomaşına, həmçinin ərazidə quraşdırılmış təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə edilib və məhkəmə-tibbi ekspertizası təyin olunub.

Müəyyən edilib ki, sükan arxasında Rəhim Rəhimov olub. Bildirilib ki, onun atası Akif Rəhimov “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir, eyni zamanda, paytaxtda fəaliyyət göstərən “Yeganə” şadlıq sarayının sahibi Məmməd Rəhimovun qardaşıdır, mərhum, üç uşaq anası K.Əkbərova isə şəhid Elton Əkbərovun qızıdır.

Noyabrın 29-da yetkinlik yaşına çatmayan R.Rəhimov Səbail RPİ 8-ci polis bölməsinə gələrək, təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun ittihamından CM-nin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi xaric edilib.

Məhkum hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.

1512376689_09-1
kn_1516710893

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.