Xalq şairinin oğlu vəfat etdi

Xalq şairi Cabir Novruzun kiçik oğluMüşfiq Cabiroğlu 54 yaşında vəfat edib. Bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri sahib Məmmədov öz Facebook səhifəsində məlumat paylaşıb.

cab

“Bir neçə saat əvvəl xalq şairi Cabir Novruzun oğlu Müşfiq Cabiroğlu qəflətən vəfat etdi. Cabir Novruzun böyük oğu Mirzə 2007-ci ildə avtoqəzada, ortanclı övladı Vüqar 2014-cü ildə qəflətən infarkt keçirərək vəfat etmişdi. Cabir Novruzla qonşu idik. Sonra da həmin mənzildə Müşviq qalırdı. Rəhmətlik çox gülərüz, mehriban və səmimi bir insan idi. Son vaxtlarda çox fikirli idi. Son bir ildə onu heç vaxt gülən görməmişdim. Ortancıq qardaşının qəfil vəfatından sonra özünü toparlaya bilməmişdi. Müşviq həm də xalq artisti Əliabbas Qədirovun kürəkəni idi”,- deyə bildirilir.

Allah rəhmət eləsin.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.