Vidadi Bərdəlinin oğlu saxlanıldı

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

Medianews.az Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

***

Müğənni Aytac Bərdəli “Qafqazinfo”ya açıqlamasında deyib ki, T. Vəliyev onun doğma qardaşı deyil:

“Həbs olunan Tuncay adlı şəxs mənim doğma qardaşım deyil. Bizim onlarla və ailəsi ilə salam-sağ olumuz belə yoxdur. Nə xoş, nə də şər məclislərdə qarşılaşmırıq. Öz doğma qardaşım heç siqaret, qəlyan çəkmir. O ki, qaldı pis vərdişlərin aludəçisi ola! Bütün mediadan xahiş edirəm ki, xəbər yazarkən diqqətli olsunlar. Reytinq xətrinə belə addım atmasınlar. Qız övladı böyüdürəm, gözəl ailəm var. Bunları nəzələ alsınlar”.
v1-1

    Oxunma sayı (27)

Pin It

Şərh üçün bağlıdır.