Bakıda dəhşətli qəza – “Mercedes Vito” VAZ 2107 ilə toqquşdu (VİDEO)

Bu gecə Bakının Nəsimi rayonu ərazisində dəhşətli qəza baş verib.

BAKU.WS-in məlumatına görə, “90-KC-727” dövlət nömrə nişanlı VAZ 2107 markalı minik maşını ilə “99-LZ-551” dövlət nömrə nişanlı “Mercedes Vito” avtomobili toqquşub.

Rəşid Behbudov və 28 may küçələrinin kəsişməsində qeydə alınan qəzada yaralananlar olub.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn təcili yardım briqadası yaralılara ilkin yardım göstərib. Ağır yaralanan bir sərnişin isə dərhal xəstəxanaya çatdırılıb.

1528609077_34804936_2185040324846561_8404655342142619648_n

    Oxunma sayı (10)

Pin It

Şərh üçün bağlıdır.