40 nəfəri gün vurub: 6-nın vəziyyəti ağır… – RƏSMİ MƏLUMAT

“Son həftələr ilan sancması hadisəsi ilə bağlı bizə 3 müraciət daxil olub. Onların hər 3-nə vaxtında tibbi yardım göstərilib, ölüm faktı qeydə alınmayıb”

Regionxeberleri.com bildirir ki, bunu Lent.az-a açıqlamasında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Azər Maqsudovun sözlərinə görə, may-iyun aylarında günvurma ilə bağlı 40 müraciət daxil olub ki, onlardan 6-nın vəziyyəti ağır olub. Lakin həkim müdaxiləsindən sonra səhhətləri əvvəlki vəziyyətinə dönən xəstələr bir müddətdən sonra evə buraxılıb:

“Günvurma ilə bağlı son həftələrdə ölüm faktı qeydə alınmayıb. Bundan başqa, 2 nəfəri əqrəb sancıb. Ölüm faktı yoxdur. May-iyun aylarında 12 nəfər dərmandan zəhərlənib. Həkimlərin müdaxiləsindən sonra xəstələrin vəziyyəti yaxşılaşıb. Bu fakt üzrə də ölüm faktı qeydə alınmayıb. Cəmi bir nəfər aprel ayında sirkə turşusundan zəhələnib ki, həkimlərimizin səylərinə baxmayaraq, həmin qadının həyatını xilas etmək mümkün olmayıb”.

    Oxunma sayı (2)

Pin It

Şərh üçün bağlıdır.