Səlim Müslümovun Xocalıdakı kadrı vətəndaşı məhkəməyə verib- NAZİRLİYƏ ŞİKAYƏT ETDİYİNƏ GÖRƏ

IMG-20180601-WA0016

Səlim Müslümovun “elektron korrupsiyası” iddialı və populist nazirin portfelinin itirməsi ilə nəticələndi.

ƏƏSMN rəhbərinə yenidən etimad göstəriləməməsinin səbəbi bəllidir. Ölkə prezidentinin sosial yardım sahəsində şəffaflığın təmin edilməsi üçün ortaya qoyduğu səylərini məhz nazir özü puça çıxarıb və ƏƏSMN-in ASAN sistem kimi şəffaf çalışması bu üzdən mümkün olmayıb.

Korrupsiya yuvası

Bilindiyi ki, dövlət başçısının sərəncamı ilə ölkədə bir çox sahələrdə, o cümlədən əhalinin sosial təminatı sektorunda şəffaflığı təmin etmək və rüşvətin aradan qaldırılması istimqamətində ciddi islahatlara start verilmişdi. Həmin islahatlardan biri də ünvanlı sosial yardımların verilməsi prosesinin şəfafalaşdırılması və ədalətin təmin edilməsindən ötrü bu məsələ ilə bağlı bütün prosedurların elektronlaşdırılması idi.

Bu layihənin reallaşdırılması üçün Avropa qurumları ilə birgə layihələr işlənmiş ünvanlı sosial yardımların verilməsi prsoesinin digital variantının işlənməsinə külli miqdarda dövlət vəsaiti xərclənmiş, proqram yazılmışdı. Bu proqramı öyrətmək üçün Nazirliyin bütün rayon şöbələrindən olan əməkdaşlara həmin proqramla iş qaydsaı öyrədilmişdi. Yeni prqoramın tətbiqi ünvanlı sosial yardımların təyin olunması sahəsində rüşvətin aradan qaldırırılmasına xidmət etməli idi.

Bildiyimiz kimi, rayonlarda ünvanlı sosial yardım adətən veriləcək yardımın altı ayınının mənimsənilməsi şərtilə verilirdi. Yəni yardım təyin edilən şəxsdən kartı alınırdı ki, ilk altı ayı ƏƏSMN-in rayon şöbəsinin rəisləıri əvvəlcədən mənimsəyirdi. Yeni proqramın tətbiqindən sonra açıq rüşvət almaqdan əlləri çıxdığı güman edilən rəislər bunun da yolunu tapdılar. Nazirlikdən verilən məlumata görə, əslində bu “yeniliyi”-yeni korrupsiya qaydaları nazirliyin mərkəzi aparatının dəstəyi ilə həyata keçirilirmiş. Belə ki, nazirliyin rayon şöbələrinin müvafiq əməkdaşları elektron məlumat bazalarına yardım vermək istədikləri şəxslərin maddi durumu barədə məlumatları yanlış daxil edərək onlara sosial yardım təyin edilməsinə nail olurlarnış.

Təbii ki, bunlar müəyyən rüşvət müqabilində edilirdi.

Xocalı ƏƏSM-nin müdirinin işgüzar imici necə korlanıb?

Vətəndaşlarla davranışları ,kobudluqları həddini aşmışdı bu şöbə rəislərinin. Aralarında eləsi olub ki, vətəndaşı nazirliyə yazdığı şikayətdən ötrü məhkəməyə verib.
AARİNFO.AZ bildirir ki,həmin bu başıbəlalı vətəndaş Bərdə şəhərində yaşayan , 3 uşağından ikisi anadangəlmə epilepsiya xəstəsi olan Türbəndiyev İntiqam Elman oğludur. Vətəndaşın oğlu tibbi ekspert komissiyasından keçsə də, əlilliklə bağlı müavinət düz 4 ay gecikir. Bununla bağlı o kənd icra nümayəndəsinə, Xocalı rayon icra hakimiyyətinin müavini Vahid Əliyevə dərdini deyir. Kömək olmur. Türbəndiyev Xocalı rayon ƏƏSM-nin müdirinə zəng edir. Müdir İsimxan Həsənov da başa salır ki, hörmət et, kömək edək.
Bundan sonra Türbəndiyev nazirliyə bu mövzuda şikayət yazır. Şikayətə baxılır, müavinət verilir.
Ancaq İsimxan Həsənov Xocalı Rayon Məhkəməsində Türbəndiyevə qarşı məhkəmə iddiası qaldırır. Guya vətəndaş şikayət yazmaqla onun şərəf və ləyaqətini tapdalayıb, işgüzar imicinə zərbə vurub və sair. Həm də özü də etiraf edir ki, vətəndaşın müavinəti gecikib. Amma guya Türbəndiyev bu mövzuda ona zəng etməyib Bu şantajdı. Əvvala mobil danışıqlar 100 ildə olsa yaddaşda qalır, lazım olduqda məhkəmə onu mobil operatordan bu danışığı çıxara bilər. Onda bəlli olacaq idarə rəisinə şikayət olub ya yox. İkincisi İsimxan Həsənov deyir ki. YAP üzvüdür və s. Ona qalsa Səlim Müslümov da YAP üzvü idi, silsilə dövləti cinayətlər törətmiş Eldar Mahmudov da. Partiya üzvü olmaq məgər sığortalamalıdır?
ƏƏSM müdiri deyir ki, vətəndaş təzkib versin. Vətəndaş şikayət edib nazirliyə. Məgər o xəbər agentliyi, qəzet sahibidi ki, təzkib versin? Harada versin? Səlim Müslümovdan sonra yeni nazir hamını total yoxlayır deyə bu özünü təmizə çıxarmaq üsuludurmu? Harada görünüb ki, vətəndaş şikayətdən ötrü çək-çevirə salınsın?
Axı Türbəndiyev məcburi köçkündür, iki balası da ağır xəstədir. Heç olmasa onun ruh halı nəzərə alınmalı idi.
Yəqin ki, gənc nazir Sahil Babayev bu məsələ ilə maraqlanacaq. Şikayətçi bildirib ki, çətin də olsa yeni nazirin qəbuluna yazılacaq, eyni zamanda prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət edəcək.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

2

1

3

4

    Oxunma sayı (291)

Pin It

Şərh üçün bağlıdır.