Saqqız çeynəmək arıqlamağa kömək edir

Əgər yürüş zamanı saqqız çeynənərsə, bu, artıq çəkidən azad olmağa imkan verər.

Bu qənaətə Tokionun Vaseda Universitetinin alimləri gəliblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Journal of Physical Therapy Science jurnalında dərc edilib.

Alimlər 21-69 yaşarası 46 qadın və kişi üzərində təcrübə aparıblar. Birinci qrup 15 dəqiqə yürüş zamanı 2 saqqız çeynəyib. İkinci qrupa isə saqqız tərkibli toz verilib.

“Tədqiqatlarımız göstərdi ki, yürüş zamanı saqqız çeynəmək orta yaşlı kişilər arasında məsafəni daha da artırır”, – deyə alimlər qeyd edib.

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.