Velosipedlə qapıya çırpıldı, kəllə sümüyünü sındırdı

Lerikdə velosipeddən yıxılan gənc ağır xəsarət alıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Ədalət Hacırıza oğlu Qurbanlı enişlə velosiped sürərkən idarəetməni itirib və velosipedlə qonşunun dəmir qapısına çırpılıb.

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan Ə. Qurbanlı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ə. Qurbanlıya müayinə zamanı kəllə sümüyünün sınığı diaqnozu qoyulub. O, hazırda süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.